Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli komandamız Lüksemburq və İrlandiya yığmaları ilə oyunların hazırlıqlarına start verib



7–14 iyun Gəncə şəhərində basketbol üzrə kişilərdən ibarət milli komandamızın təlim-məşq toplanışı baş tutacaq.

BrendSport.az
xəbər verir ki, millimizin baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı basketbolçuları dəvət edib: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz.

Toplanış millimizin 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsi çərçivəsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Gəncə toplanışında əsas milli komandamızla yanaşı, U-18 və U-20 yığma komandalarımız da iştirak edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş