Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Parisdə cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Hazırlıq prosesinə dünyanın 59 ölkəsindən 458 idmançı qatılıb. Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 16 üzvü hazırlıq prosesində iştirak edir.

BrendSport.az
Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, millimiz hazırlıq prosesinə performans direktoru Mark van der Ham və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərliyə altında qatılıb.
Təlim-məşq toplanışı qarşıdan gələn irimiqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Hazırlıq prosesində Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev, Rüstəm Orucov, Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (100 kq-dan yuxarı) iştirak edirlər.


Facebook-da paylaş

Xəbəri paylaş