Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın basketbol milliləri Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər



3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi kişilərdən ibarət komanda A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.

Millinin heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaq.

Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova olacaq.

Qeyd edək ki, qarşılaşmalar 17-18 iyunda gerçəkləşəcək. Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş