Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Venger Özilin qalacağına ümid edir



Avroliqanın qrup oyunları çərçivəsində baş tutacaq "Arsenal" - "Köln" matçından öncə "topçular"ın çalışdırıcısı Arsen Venger media mənsubları önünə çıxıb.

Fransız mütəxəssis avrokubok görüşüylə yanaşı, klubu tərk etməyə hazırlaşan Mesut Özillə bağlı danışıb:
"Avqustun 31-dən bəri diqqətimizi oyunlara yönəltmişik. O vaxtdan Özillə də təkbətək söhbət etməmişik. Ancaq ümid edirəm ki, o yeni müqaviləyə imza atacaq".

Qeyd edək, Mesutun 2018-in yayında "Mançester Yunayted"ə keçəcəyi deyilir. Almaniya yığmasının türk futbolçusu fevralda hazırkı klubunun təklif etdiyi müqavilə şərtlərinə "yox" deyib.


Facebook-da paylaş

Xəbəri paylaş