Klublararası Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib
Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib. Mərakeş təmsilçisi "Wydad Casablanca" finalda Misirin "Al Ahly" klubuna qalib gəlməklə titula sahib çıxıb. Qahirədə keçirilən oyunda 1:1 hesablı bərabərlikdə sonra, Kasablankada keçirilən cavab görüşündə Valud əl-Kərtinin qolu həlledici olub.
Beləliklə, "Wydad" dekabrda BƏƏ-də təşkil olunacaq Klublararası Dünya çempionatının iştirakçısı olacaq. Bu turnirdə Asiya və Cənubi Amerikanı təmsil edəcək klublar noyabrın sonunda müəyyənləşəcək.
Milli.Az
Facebook-da paylaş