Əsas Səhifə > Dünya idmanı > Klublararası Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib

Klublararası Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib


5-11-2017, 22:39



Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib. Mərakeş təmsilçisi "Wydad Casablanca" finalda Misirin "Al Ahly" klubuna qalib gəlməklə titula sahib çıxıb. Qahirədə keçirilən oyunda 1:1 hesablı bərabərlikdə sonra, Kasablankada keçirilən cavab görüşündə Valud əl-Kərtinin qolu həlledici olub.

Beləliklə, "Wydad" dekabrda BƏƏ-də təşkil olunacaq Klublararası Dünya çempionatının iştirakçısı olacaq. Bu turnirdə Asiya və Cənubi Amerikanı təmsil edəcək klublar noyabrın sonunda müəyyənləşəcək.

Milli.Az


Geri qayıt