Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Azərbaycanla oyuna çağırılmağım gözlənilməz oldu"



“Milliyə dəvət aldığımı biləndə təəccübləndim. Çünki ilkin heyətdə yer almamışdım. Buna görə Azərbaycan və San Marino ilə matçlara çağırılacağımı heç gözləmirdim. Yığmaya dəvət edilməyim mənim üçün gözlənilməz oldu".

Bu sözləri Çexiya millisinin futbolçusu Yan Şikora ölkəsinin mətbuatına deyib.

Teodor Gebre-Selassie və Milan Şkodanın yığmadan kənarlaşdırılmasından sonra milliyə dəvət edilən "Slaviya"nın yarımmüdafiəçisi bütün diqqətini Azərbaycanla oyuna yönəltdiyini bildirib: "Azərbaycan və San Marino ilə matçlarda yaxşı nəticə qazanmalıyıq. Çünki seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirmək istəyirik”.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş