"Qarabağ"ın futbolçusu milliyə çağırıldı
"Qarabağ"ın futbolçusu Donald Gerrye Haiti millisinə çağırılıb.
Xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,28 yaşlı yarımmüdafiəçi "Kirin Kuboku” çərçivəsində Yaponiya ilə keçiriləcək matç üçün yığmaya dəvət edilib.
Qeyd edək ki, Yokohamada oynanılacaq görüş oktyabrın 10-u keçiriləcək.
Qol.az
Facebook-da paylaş