“Gənclərimiz idmanla mütəmadi məşğul olsalar bu, onların sağlam həyat tərzi keçirmələrinə gətirib çıxarar”
11 il is təcrübəsi olan Saleh Zabitov əvvəlcə Bakı 2 nömrəli tibb texnikumunun, sonradan Azərbaycan Beynalxalq Universitetinin stomatoloq fakültəsini bitirib.
BrendSport.az saytı xəbər verir ki, bir müddət Tükiyədə diş həkimliyi kursu keçib. Boş vaxtlarında güləş idman növü ilə məşğul olub. Ən sevdiyi idman isə futboldur.
Yığmamızın son zamanlarda aldığı məğlubiyyətləri Saleh həkim bunun səbəbini qeyri-peşakarlıqla əlaqələndirir.
Əmisi İbrahim Zabitov da tanınmış güləş məşqçisidir. Oğlanları Valeh və Adili də idmamçı görməyə arzusundadır. Saleh həkim deyir ki, gənclərimiz idmanla mütəmadi məşğul olsalar bu, onların sağlam həyat tərzi keçirmələrinə gətirib çıxarar.
Saleh həkim vaxtaşırı xeyriyyə tədbirlərində də iştirak edir. Belə ki, bu kimi fəaliyyətlərinə görə "Xeyriyyə tədbirlərində fəal iştirakına görə" Fəxri fərmanla təltif olunub.
Onunla hər iki sahə - həm sevərək çalışdığı stomatlogiya, həm də idman barəsində danışdıq.
- Həkim, sizcə, idmanda vacıb olan əsas şərt nədir?
- Fikrimcə, əsas istək, bir də möhkəm iradə. Məşq, qidalanma, istirahət sonrakı mərhələdi.
- Bəs məşqçi amili?
- O da əsas şərtlərdəndir. Amma əsas idmançının özünün qəti qərarıdır.
- Ən çox hansı idman növlərinin nümayəndələri sizin sahəyə müraciət edir?
- (gülümsəyərək) Öz dışlərinin qədrin bilmiyənlər. Kim ki, çox şəkər qəbul edir. Dişlər gözəllik, bir də sağlamlıq deməkdir. Ona görə də, kimliyindən asılı olmayaraq dişlərimizin, ümimiyyətlə sağlamlığımızın qədrini bilməliyik.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş