Fransada stadion qalmaqalı
Fransanın "Lill" futbol klubunun rəhbərliyi "Amyen" komandasını təhlükəsizlik şəraitinin təmin edilməməsində günahlandırıb.
İki komanda arasında keçirilən oyun zamanı tribunanın uçması nəticəsində 29 "Lill" azarkeşi xəsarət alıb ki, onlardan da 5-nin vəziyyəti ağırdır.
İnsident "Amyen" klubunun ev oyunlarını keçirdiyi "Stad de la Likorn" stadionunda baş verib. "Lill" fanatları Fode Ballo Turenin qolunu bayram edən zaman, gözlənilmədən oturacaqların qarşısındakı maneə aşıb və insanlar yuxarıdan aşağıdakıların üzərinə düşüblər.
Facebook-da paylaş