Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Keyfiyyətli kadr çox cətin alınır”



Xəyal Qarayev 1986-cı ildə Şamaxı rayonunda anadan olub. İqdisadiyyat texnikumunun məzunudur. İdmanın futbol və voleybol növləri ilə məşğul olub. Kompüter mütəxəsisidir. Şamaxı rayonunda fəaliyyət göstərən "Şəffaflıq" qazetinin foto-müxbiridir.

- Xəyal, foto-müxbir olmaq çətin deyil ki?

- Kənardan baxanda çox asan görsənir. Amma hadisəni və ya hər hansı bir anda olan kadrı tutmaq məsələsi əsas şərtdir. Keyfiyyətli kadr çox cətin alınır. Çəkmək istədiyin o an alınmadısa təzədən çəkmək də istədiyin effekti vermir. Təbiəti cəkmək çox asandır.

- Ən uğurlu kadrın hansıdı səncə?

- Uşaqları cəkmək çox vaxt alınır. Çünki uşaqlar hər an təbii olurlar. Hətta oğlumu cəkəndə nəsə bir yenilik tapıram. Bir də idman tədbirlərində olanda yeniliklərlə qarşılaşırsan.
Əsas da məğlub olan idmaçıların üzlərindəki o kədərli görünüşdür. Özüm də onlara baxanda arada bir pis oluram (gülür).

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş