Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bütün gənclər kimi mən də müəyyən vaxtlarda idmanla məşğul olmuşam”



Bu gün idmana bağlı olan, lakin digər peşə və sənətlərdə öz işlərini davam etdirən insanlarımız var. Bu gün onlardan biri ilə sizi də tanış edəcəyik. Natiq adlı həmsöhbətimiz operator kimi çalışsa da, heç də idmandan uzaq deyil. Onunla qısa söhbətimiz maraqlı alındı.

BrendSport.az saytı xəbər verir ki, Natiq Rasim oğlu Şabanov IX sinfi bitirəndən sonra Bakı Rabitə Kollecinə qəbul olub. Kolleci əla qiymətlərlə başa vuran Natiq hobbisi olan operator sənətini daha dərindən mənimsəmək üçün 3 il kamera kursuna gedib.

Bu kursları müvəffəqiyyətlə başa vuran Natiq el şənliklərində və bu kimi tədbirlərdə opertor kimi fəaliyyət göstərib. Bu sahədə müəyyən peşəkarlıq qazanan hömsöhbətimiz artıq “Könül TV”də operator kimi fəaliyyət göstərir.

- Natiq, sənin fikrinçə, idmançı müsahibə verəndə, kamera arxasında neçə görünür?

- Çox vaxt bizim efirə çəkdiyimiz idmançılar müəyyən turnirlərin qalibləri və çempionlar olur. Onu da deyim ki, onlar obyektivim qabağında daha əzimkar və qətiyyətli görünürlər.

- Bəs özünün necə, idmana marağın və ümumiyyətlə idmanla məşğul olmamısan ki?

- Bütün gənclər kimi mən də müəyyən vaxtlarda idmanla məşğul olmuşam. Ancaq deyim ki, stolüstü oyunları daha çox sevirəm. Xüsusən də tennisi və damanı.

- Dama idman növünün baş məşqçisi olsaydın xaricdən oyunçular transfer edərdinmi?

- Əsla yox. Çünki bu gün bizim kifayət qədər həvəskar idmançılarımız var. Sadəcə onları aşkarlayıb üzə çıxarmaq lazımdı.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi



Facebook-da paylaş

Xəbəri paylaş