“Arzum atam kimi peşəkar zabit olub Vətənə xidmət etməkdir”
Salmanzadə Məhəmməd Rəsul oğlu taekvondo ilə üç ildir məşğuldur. Taekvondo üzrə zona mükafatçısı olan Məhəmməd artıq qara kəmər almağa namizəddir.
BrendSport.az saytı xəbər verir ki, atası Rəsul Salmanzadə Qarabağ müharibəsinin iştirakçısı və I qrup Qarabağ əlildir. Ehtiyatda olan zabitdir.
Məhəmmədlə söhbətimiz idmana gəlişi və gələcək planları barədə oldu.
- Məhəmməd idman sənə nə verdi?
- İdmanla məşğul olmaq mənə güc və iradə verib. İdman həm də insana Vətəni və torpağı sevməyi oyrədir. Axı hər bir gənc idmançı gələcəyin əsgəridir.
- Səncə, hərblə idman arasında nə kimi əlaqələr var?
- Hər ikisi bir-birinə bağlı olan fəxr edilməli peşədirlər. Atam vaxtilə bu torpaq uğrunda döyüşüb. Artıq bu gün mənim növbəmdir. Güclü idmançı, güclü də əsgər deməkdir.
- Gələcək planların nədir?
- Arzum atam kimi peşəkar zabit olub Vətənə xidmət etməkdir. İstəyirəm onun kimi qanımla, canımla Vətənimizin keşiyində dayanım.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş