“Sadə ol, tərbiyənlə nümunə ol, amma haqqının tapdalanmasına razı olma”
Son zamanlar Şamaxı rayonundan çox sayda idmançılar yetişib. Bu idman növləri arasında taekvondo bəlkə də ön cərgədə gedir.
Taekvondonun sirlərini öyrənən və öz üzərində daim işləyən gənc idmançılardan biri də Elsevər Cəbrayılovdur.
BrendSport.az saytı xəbər verir ki, Elsevər 2002-ci ildə Şamaxıda anadan olmub. 2016-cı ilə qədər rayonun Çarhan kəndində oxuyub. Sonradan təhsilini Şamaxı rayonunda Texniki Humanitar Təmayüllü Məkdəbdə davam etdirib.
Artıq iki ildi taekvondo ilə məşğuldur. Bir çox yarışların qalibi və mükafatçısıdir. Elsevərlə görüşüb idman haqqında fikirlərini öyrəndik.
- İdmana gəlişin neçə olub?
- Atam da cavan vaxtlarında idmanla məşğul olub. Atam qorxaq insanları sevmir. Buna görə də həmişə mənə deyir ki, sadə ol, tərbiyənlə nümunə ol, amma haqqının tapdalanmasına razı olma. İndiki zamanada atamın bu fəlsəfəsi işləyir (gülür). Onun bu fikirləri məndə idmana maraq oyatdı və beləcə başladım. Artıq atamın fikirlərinin düzğün olduğuna əmin olmuşam.
- Yaşıdların arasında mübahisəli anlar olanda necə reaksiya verirsən?
- Təbii ki, belə hallar olur. Amma yenə də atamın sözü ilə hərəkət edirəm, zərurət yoxdusa, demək olar ki, yola verirəm.
- Gələcək üçün planların nədi, yəni peşə olaraq?
- Hələlik dəqiq bir söz deyə bilmərəm, ancaq yəqin ki, idmanla bağlı olacaq.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş