Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Baku Open-2017" şahmat festivalında qalib müəyyənləşdi





Azərbaycan qrossmeysteri Nicat Abbasov 9-cu "Baku Open-2017" beynəlxalq şahmat festivalının qalibi olub.

Bu dəfə tədbir Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümünə həsr edilib. Yarışda 9 mümkün xaldan 7,5 xal toplayan Nicat Abbasov finala bir tur qalmış liderliyi ələ alıb. Son partiyada o, belaruslu Aleksey Aleksandrov ilə heç-heçə oynayıb.

Uşaqların turnirində Elcan Əbdülkərimli 9 oyundan 8 xal toplayıb. "Baku Open-2017" şahmat festivalı iki qrupda - açıq və uşaq kateqoriyası üzrə keçirilib. Turnirdə Azərbaycan, Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya və Ukraynadan 150-dən artıq şahmatçı iştirak edib.

Yarışların baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Nurəli Məmmədzadə olub.

Milli.Az


Facebook-da paylaş

Xəbəri paylaş