Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybolçularımız qələbə ilə başladı



Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib. BrendSport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirəcək.

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Görüşdə favorit hesab olunan voleybolçularımız ümidləri doğrulda biliblər. Komandamız 3:0 hesablı qələbəyə sevinib.

İlk setdə uzun müddət geridə olan komandamız sonradan toparlanaraq hissəni qələbə ilə başa vurub. Rəqibin gücü isə bundan sonra tükənib. Digər iki setdə rahat oynayan və asan qalib gələn millimiz yekunda darmadağına imza atıb.

Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.

Avro-2017
Qrup mərhələsi
A qrupu
I tur


Macarıstan – Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)
Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)

Bakı. Milli Gimnastika Arenası


Facebook-da paylaş

Xəbəri paylaş