DÇ-2017: Daha 1 cəhd
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Mundialın 4-cü günündə Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayacaq.
Qadınlar
63 kq
Yığmamızın üzvü Gülsədəf Kərimova mübarizəyə 1/32 finaldan başlayacaq. Həmyerlimiz ilk sınağında Anrikuelis Barriosla (Venesuela) üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatında hələlik 2 cüdoçumuz medal qazanıb. Təmsilçilərimizdən Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) ikinci yeri tutub. (Apasport.az)
Facebook-da paylaş