Əsas Səhifə > Olimpiya > DÇ-2017: Daha 1 cəhd
DÇ-2017: Daha 1 cəhd31-08-2017, 10:16 |
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Mundialın 4-cü günündə Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayacaq. Qadınlar 63 kq Yığmamızın üzvü Gülsədəf Kərimova mübarizəyə 1/32 finaldan başlayacaq. Həmyerlimiz ilk sınağında Anrikuelis Barriosla (Venesuela) üz-üzə gələcək. Qeyd edək ki, dünya çempionatında hələlik 2 cüdoçumuz medal qazanıb. Təmsilçilərimizdən Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) ikinci yeri tutub. (Apasport.az) Geri qayıt |