Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kyokşin karate üzrə Avropa çempionatında ölkəmizi yeddi idmançı təmsil edəcək




Noyabrın 11-də Polşanın Kielse şəhərində şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Kyokşin Karate Federasiyasından (AKKF) bildirilib ki, çempionatda milli federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi qızların yarışında Solmaz Zeynallı (60 kq), oğlanların mübarizəsində isə Niyaməddin Əliyev (65 kq), Eltac Hümbətov, Kərəm Fərhadov (hər ikisi 75 kq), Kərim Eyyubov (80 kq), Rüfət Babayev, Turan Şirinov (hər ikisi 85 kq) təmsil edəcəklər.

Turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.


Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş