Azərbaycanın iki şahmatçısı yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
İtaliyanın Tarvizio şəhərində keçiriləcək 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə açıq dünya çempionatında 61 ölkədən 152 zəka ustası, o cümlədən 27 qrossmeyster iştirak edəcək.
Azərbaycanın idman şərəfini bu turnirdə Elxan Bayramov qoruyacaq.
Yeniyetmə qızların yarışında isə 90 şahmatçı, o cümlədən 8 qrossmeyster mübarizə aparacaq. Azərbaycanı bu yarışda beynəlxalq qrossmeyster Günay Məmmədzadə təmsil edəcək. O, mükafata iddiaçılar arasındadır.
Dünya çempionatı noyabrın 13-dən 25-dək keçiriləcək.
Azərtac.az
Facebook-da paylaş