Əsas Səhifə > Milli komandalar > Azərbaycanın iki şahmatçısı yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
Azərbaycanın iki şahmatçısı yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq7-11-2017, 02:05 |
İtaliyanın Tarvizio şəhərində keçiriləcək 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə açıq dünya çempionatında 61 ölkədən 152 zəka ustası, o cümlədən 27 qrossmeyster iştirak edəcək. Azərbaycanın idman şərəfini bu turnirdə Elxan Bayramov qoruyacaq. Yeniyetmə qızların yarışında isə 90 şahmatçı, o cümlədən 8 qrossmeyster mübarizə aparacaq. Azərbaycanı bu yarışda beynəlxalq qrossmeyster Günay Məmmədzadə təmsil edəcək. O, mükafata iddiaçılar arasındadır. Dünya çempionatı noyabrın 13-dən 25-dək keçiriləcək. Azərtac.az Geri qayıt |