Avropa çempionatlarının medallar statistikası dərc edilib
Dünən başa çatmış şahmat üzrə Avropa komanda çempionatlarında Azərbaycanın kişilərdən ibarət yığması qızıl medallar qazanıb.
SSRİ dağılandan sonra keçən il 25 il ərzində 12 dəfə kişilər arasında və 12 dəfə qadınlar arasında qitə çempionatı keçirilib. Bu illər ərzində kişilərdən ibarət komandalar arasında ən çox medal və qələbə qazanan Rusiya olub (4 qələbə+3 dəfə ikinci yer+1 dəfə üçüncü yer). Azərbaycanın 5 medalı var (3+1+1). Onu qeyd edək ki, Krit adasında bu komanda dördillik intervalla “dalbadal” üçüncü dəfə qalib gəlib. Sonrakı yerləri Ermənistan, Almaniya, Fransa, Ukrayna və Macarıstan, Niderland, İngiltərə, İsrail və Gürcüstan tutur. Əsrin dörddə biri müddətində yalnız gürcü şahmatçılar bir medalla kifayətləniblər.
Rusiyanın qadınlardan ibarət yığma komandası son onillikdə bütün rəqiblərindən irəlidədir – 5 dəfə qələbə və 1 dəfə ikinci yer. 25 il ərzində rusiyalı qadın şahmatçılar 8 medal qazanıblar 5+1+2. Gürcüstanın 7 (1+4+2), Ukraynanın 5 (2+1+2), Polşanın 4 (1+2+1), Ermənistanın 2 (1+0+1), Rumıniyanın 2 (0+1+1), İngiltərənin 2 (0+0+2), Slovakiya və Fransanın hərəsinin 1 qızıl medalı, Moldova, Macarıstan və Yunanıstanın hərəsinin 1 gümüş medalı, Azərbaycanın qadın şahmatçılarının 1 bürünc medalı var.
Azərtac.az
Facebook-da paylaş