Ulduz futbolçu yığmadan getdi
"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben Hollandiya millisindəki karyerasını başa vurub.
Bu barədə 33 yaşlı oyunçunun özü DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı matçdan (2:0) sonra bildirib.
Robben yığmada 96 oyunda 37 qol vurub, 29 qolun ötürməsini verib. O, Hollandiya millisinin bombardirlər siyahısında 4-cü pillədə qərarlaşıb.
Hollandiya yığması DÇ-2018-in seçmə mərhələsində A qrupunu 3-cü pillədə başa vurub və mundiala vəsiqə qazana bilməyib.
Facebook-da paylaş