Xorvatiya, Hollandiya və İsveçdən qələbə - Yenilənir
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının A, B və H qruplarında növbəti oyunlar keçiriləcək.
A qrupunda ötən turda Fransaya böyük hesabla uduzaraq (0:4) Rusiyada keçiriləcək mundiala qatılmaq şansını bir xeyli çətinə salan Hollandiya, ötən turda evdə İsveçi gərgin mübarizədə məğlub edərək (3:2) bu şansını davam etdirən Bolqarıstanı qəbul edəcək.
Qrup lideri Fransa isə evdə ötən turda Belarusu məğlub edərək (1:0) sensasiyaya imza atan Lüksemburqla qarşılaşacaq.
B qrupunda Portuqaliya millisi Macarıstanın qonağı olacaq. Lider İsveçrə isə səfərdə Latviya ilə üz-üzə gələcək.
Günün ən maraqla gözlənilən oyunlarından biri isə Pireydə, “Georgios Karaiskakis” stadionunda baş tutacaq. H qrupunun lideri Belçika ən yaxın izləyicisi Yunanıstanın qonağı olacaq. “Qırmızı iblislər” bu oyunda qalib gələcəyi və ya qollu heç-heçə edəcəyi (1:1-dən başqa) təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcək.
Dünən yağış səbəbindən dayandırılan Xorvatiya - Kosova görüşü də bu gün qaldığı yerdən davam etdirilib. Meydan sahibləri minimal hesabla üstün olublar.
DÇ-2018-in seçmə mərhələsi
3 sentyabr
İ qrupu
Xorvatiya - Kosova 1:0
Qol: Vida, 74.
A qrupu
Belarus - İsveç 0:4
Qol: Forsberq, 18. Niman, 24. Berq, 37. Qrankvist, 84.
Hollandiya - Bolqarıstan 3:1
Qol: Propper, 7; 80. Robben, 67.
22:45 Fransa - Lüksemburq
B qrupu
Farer adaları - Andorra - 1:0
Qol: Rolantsson, 31.
22:45 Macarıstan - Portuqaliya
22:45 Latviya - İsveçrə
H qrupu
Estoniya - Kipr 1:0
Qol: Kaeyt, 90.
22:45 Cəbəllütariq - Bosniya və Herseqovina
22:45 Yunanıstan - Belçika
Facebook-da paylaş