Əsas Səhifə > Dünya idmanı > Xorvatiya, Hollandiya və İsveçdən qələbə
Xorvatiya, Hollandiya və İsveçdən qələbə3-09-2017, 23:10 |
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının A, B və H qruplarında növbəti oyunlar keçiriləcək. A qrupunda ötən turda Fransaya böyük hesabla uduzaraq (0:4) Rusiyada keçiriləcək mundiala qatılmaq şansını bir xeyli çətinə salan Hollandiya, ötən turda evdə İsveçi gərgin mübarizədə məğlub edərək (3:2) bu şansını davam etdirən Bolqarıstanı qəbul edəcək. Qrup lideri Fransa isə evdə ötən turda Belarusu məğlub edərək (1:0) sensasiyaya imza atan Lüksemburqla qarşılaşacaq. B qrupunda Portuqaliya millisi Macarıstanın qonağı olacaq. Lider İsveçrə isə səfərdə Latviya ilə üz-üzə gələcək. Günün ən maraqla gözlənilən oyunlarından biri isə Pireydə, “Georgios Karaiskakis” stadionunda baş tutacaq. H qrupunun lideri Belçika ən yaxın izləyicisi Yunanıstanın qonağı olacaq. “Qırmızı iblislər” bu oyunda qalib gələcəyi və ya qollu heç-heçə edəcəyi (1:1-dən başqa) təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcək. Dünən yağış səbəbindən dayandırılan Xorvatiya - Kosova görüşü də bu gün qaldığı yerdən davam etdirilib. Meydan sahibləri minimal hesabla üstün olublar. DÇ-2018-in seçmə mərhələsi 3 sentyabr İ qrupu Xorvatiya - Kosova 1:0 Qol: Vida, 74. A qrupu Belarus - İsveç 0:4 Qol: Forsberq, 18. Niman, 24. Berq, 37. Qrankvist, 84. Hollandiya - Bolqarıstan 3:1 Qol: Propper, 7; 80. Robben, 67. 22:45 Fransa - Lüksemburq B qrupu Farer adaları - Andorra - 1:0 Qol: Rolantsson, 31. 22:45 Macarıstan - Portuqaliya 22:45 Latviya - İsveçrə H qrupu Estoniya - Kipr 1:0 Qol: Kaeyt, 90. 22:45 Cəbəllütariq - Bosniya və Herseqovina 22:45 Yunanıstan - Belçika Geri qayıt |