Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin üzvləri “Ayntraxt”a qələbə qazandırdı




Azərbaycanlı futbolçular Renat Dadaşov və Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın 19 yaşlılardan ibarət komandası Almaniya gənclər liqasında növbəti oyununu keçirib.

Frankfurt təmsilçisi 10-cu turda öz meydanında “Nürnberq”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlilərimiz də bu oyunda fərqlənib. Murad 31, Renat isə 61-ci dəqiqədə qol vurub.

Qeyd edək ki, M.Mahmudov U-19, R.Dadaşov isə əsas millimizin üzvüdür.



Facebook-da paylaş

Xəbəri paylaş