Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Coca-Cola” “WhatsApp”da yayılan mesajla bağlı açıqlama verdi



“Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.

BrendSport.az xəbər verir ki, şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya "Coca-Cola"nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: "“Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

Qeyd edək ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.

Onu da bildirək ki, “Coca-Cola” şirkəti ölkəmizdə fəaliyyətə başladığı gündən ölkəmizdə keçirilən bir sıra ölkədaxili və beynəlxalq tədbirlərə könüllü dəsrək verən şirkətlərdəndir. Xüsusilə idman tədbirlərində göstərdiyi kömək danılmazdır. Belə bir şirkət haqqında bu cür neqativ video və audio yazıların yayınlanması təəssüf doğurur.


Facebook-da paylaş

Xəbəri paylaş