Onun məqsədi böyük media şirkəti yaratmaqdır
Əsədov İmran İlqar oğlu 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbə Rusiyanın Moskva şəhər məktəblərinin birində başlamışdır.
Ailəsi ilə Bakıya qayıtdıqdan sonra isə təhsilini ardıcıl olaraq Bakının 245, 8, 116, 212 nömrəli məktəblərində davam etdirmişdir.
Məktəbi bitirdikdən sonra 7 saylı Bakı peşə liseyinin kompüter-operatoru ixtisası üzrə təhsil almağa başlamışdır.
Liseyi bitirdikdən sonra isə Rusiyaın Krasnodar şəhərinin "KSEİ" universitetinin jurnalistika-nəşriyyat və media işi fakultəsinə qəbul olmuşdur.
I kursu əyani, II kursdan etibarən indiyə kimi isə qiyabi təhsil alır. 2016-cı ildə Azərbaycanda malliyə dəstəyi olmadan, keyfiyyətli və heç kimnən asılı olmayan media sahəsində məhsul ərsəyə gətirmək üçün dostları ilə “Tormenta Media” adlı studiya yaratmaq qərarına gəlirlər.
İndiyə kimi bir neçə layihə üzərində çalışmışlar və bir sıra uğurlar əldə etmişlər. Hazırda "Tormenta Media" olaraq bir neçə qruplarla, həmçinin aktyorlarla əməkdaşlıq edirlər.
Onlardan biri "Qızıl onluq" döyuşçü aktyorlar qrupudur. Komanda olaraq filmin hər bir janrına böyük maraq göstərirlər. Daha çox isə "action" janrına üstünlük verirlər.
Ona görə də əsasən idmançılarla çalışırlar. İdmanın insanın fiziki və mənəvi inkişafını, o cümlədən Azərbaycanın idmana və idmançılarına qayğısını ön planda tutaraq, onu idman yarışlarından başqa tamaşaçılara film şəklində təqdim etməyi qarşılarına məqsəd qoymuşlar.
Hazırda heç bir qrumdan maliyyə dəstəyi almasalar da əllərində olan məhdud imkanlarla keyfiyyətli işlər görmək üçün daim çalışırlar. Gələcək məqsədlərindən biri böyük media şirkəti olmaqdır.
"Tormenta Media" production-nun quruluşçu operatoru, əsas aparıcı qüvvəsi və eyni zamanda "Şəffaflıq" qəzetinin xüsusi müxbiridir.
Əliqasım Məmmədov
Facebook-da paylaş