Asensionun qiyməti 700 milyondur
"Real"ın futbolçusu Marko Asensionun adı son vaxtlar müxtəlif komandalarla birgə hallanmaqdadır.
“Real”ın prezidenti Florentino Peres “Mundo Deportivo”ya açıqlama verən Peres gənc yarımmüdafiəçi ilə yolları ayırmaq fikrində olmadığını bildirib
“Asensio “Real”dan ayrılmaq istəmir. O, burda daha çox mükafat qazanmaq istəyir. Markonun qiyməti 700 milyondu. Bir avro da aşağı qiymətə satıla bilməz. Baş məşqçinin ona güvənmədiyini düşünməyin. Kənardan Beyl-Benzema-Ronaldo triosuna daha çox şans verildiyi görünə bilər. Amma Zidan Asensioya heyrandı. Ötən yay Markoya görə bizə 150 milyon avroluq təklif gəlmişdi. Lakin nə mən razılıq verdim, nə də Zidan”.
Facebook-da paylaş