Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rafal Piexota: Azərbaycanda antidopinq sahəsində qısa müddətdə böyük nailiyyətlər əldə edilib



Azərbaycanda antidopinq sahəsində bir il ərzində görülən işləri çox yüksək qiymətləndiririk. Müşahidə etdiyimiz proseslərlə bağlı fikirlərimizi may ayında Avropa Şurasında keçiriləcək görüşdə bildirəcəyik. İndi deyə bilərəm ki, Azərbaycan Milli Antidopinq Agentliyinin gördüyü işlər bizi yaxşı mənada çox təəccübləndirdi. Azərbaycanda qısa zamanda çox böyük nailiyyətlər əldə edilib.

Bu fikirləri Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə ad-hoc Avropa Komitəsinin (CAHAMA) sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini Rafal Piexota Azərbaycanın Gənclər və İdman Nazirliyində ölkəmizə səfəri ilə bağlı keçirdiyi brifinqdə söyləyib.

O deyib ki, səfərin məqsədi Azərbaycanda antidopinq siyasətinin monitorinqini aparmaq və müxtəlif məsləhətlər verməkdir. Rafal Piexota səfər zamanı Milli Olimpiya Komitəsində, Gənclər və İdman Nazirliyində, Səhiyyə Nazirliyində, Dövlət Gömrük Xidmətində, Dövlət Sərhəd Xidmətində, idman federasiyalarında, Milli Məclisin gənclər və idman komitəsində və digər qurumlarda görüşlər keçirdiyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş