Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şamaxı rayon Gənclər və İdman İdarəsi dünən, bu gün və sabah



Şamaxı rayon Gənclər və İdman İdarəsi, “Azərbaycan gəncliyi 2017-2021-illər” Dövlət Proqramının icrası çərçivəsində öz işini qurmuş və 2017-ci il üçün təsdiq olunmuş perspektiv iş planına uyğun olaraq, istər gənclər, istərsə də bədən tərbiyəsi və idman sahələrində müxtəlif tədbirlər həyata keçirmişdir.

Belə ki, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynovun BrendSport.az saytına verdiyi məlumata görə, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipi əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənəsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması sahəsində intelektual oyunlar, dəyirmi masalar, konfranslar və digər bu kimi tədbirlər keçirmişdir.

Şamaxı rayon Gənclər və İdman İdarəsi dünən, bu gün və sabah

Ümumilikdə 2017-ci il ərzində Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən gənclər sahəsi üzrə 50 tədbir keçirilmiş və keçirilən tədbirlərdə 5476 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

Bədən tərbiyəsi və idman sahəsində də tədbirlər planına uyğun olaraq sərbəst güləş, cüdo, sambo, ağırlıq qaldırma, kikboksinq, poverliftinq, futbol, voleybol, şahmat və digər idman növləri üzrə müxtəlif yaş qruplarını əhatə edən rayon birincilikləri və çempionatları təşkil olunmuş, yarışlarda qalib gəlmiş idmançılara müvafiq diplom və fəxri fərmanlar təqdim olunmuşdur. Bu yarışlar üzrə rayonun yığma komandasının tərkibi müəyyənləşdirilmiş Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq keçirilən respublika yarışlarında iştirak etmiş və mukafata layiq yerlər tutmuşdurlar.

Ümumilikdə 2017-ci il ərzində Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 38 tədbir keçirilmiş və keçirilən tədbirlərdə 4092 nəfər yeniyetmə və gənc idmançılar iştirak etmişdir.

Şamaxı idmançıları 2017 - ci il ərzində respublika birinciliklərində və müxtəlif beynəlxalq turnirlərdə mükafata layiq yerlər tulmuşdurlar.
Belə ki; 15-16 yanvar 2017-ci il tarixlərində Bakı şəhərində keçirilən 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə Beynəlxalq turnirdə Usublu Şahmurad İlqar oğlu II yerə layiq görülmüşdür.

03-07 may 2017-ci il tarixlərində Naxçıvan şəhərində keçirilən Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş poverliftinq və benç-press idman növləri üzrə Beynəlxalq turnirdə Musayev Rüstəm Vaqif oğlu və Eynalov Elvin Ərəstun oğlu I yerlərə layiq görülmüşlər.

28-30 sentyabr 2017-ci il tarixlərində Şamaxı Olimpiya Mərkəzində “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, veteranlar arasında Dünya çempionu Oleq Krapivinin şərəfinə həsr olunmuş 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş idman növü üzrə V-açıq Respublika turnirində rayonumuzun idmançıları Məmmədov Mahir İlkin oğlu və Hümbətov Ədalət İlqar oğlu II yerlərə, Əmirov Əlişah Rəşid oğlu isə III yerə layiq görülmüşlər.

28 sentyabr - 01 oktyabr 2017-ci il tarixlərində Bakı şəhərində keçirilən poverliftinq idman növü üzrə Azərbaycan çempionatında idmançımız Eynalov Elvin Ərəstun oğlu I yerə layiq görülmüşlər.

02-05 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən poverliftinq və benç-press idman növləri üzrə Dünya Çempionatında idmançımız Musayev Rüstəm Vaqif oğlu I - yerə layiq görülmüşdür.

14-17 noyabr 2017-ci il tarixlərində Bakı şəhərində keçirilən yeniyetmələr arasında cüdo idman növü üzrə Azərbaycan birinçiliyində Soltanova Əfsanə Rəfail qızı I - yerə layiq görülmüşdür.

17-19 noyabr 2017-ci il tarixlərində Qəbələ şəhərində keçirilən yeniyetmələr arasında taekvondo idman növü üzrə Beynəlxalq turnirdə Xeyrullayeva Aysel Şəfaqət I - yerə layiq görülmüşdür.

02-04 dekabr 2017-ci il tarixlərində Bakı şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika idman növü üzrə respublika birinciliyində Şərifov Elşad Niyaz oğlu I yerə layiq görülmüşdür.

Ümumilikdə 2017-ci il ərzində Şamaxı idmançıları respublika cempionatlarında və beynəlxalq yarışlarda 16 qızıl, 9 gümüş və 14 bürünc medallar qazanmışdırlar.

Rayonda İdmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. 2017-ci ilin sentyabr ayında rayonda fəaliyyət göstərən “Şirvan” güləş klubu əsaslı təmir olunaraq rayonun yeniyetmə və gənclərinin istifadəsinə verilmişdir. İnaniriq ki, gənclərimiz bu idman zalından səmərəli istifadə edəcək və rayonun idman nailiyyətlərini daha da yuksəldəcəklər.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş