Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Titullarla dolu idman həyatı



Əliağa Xəlil oğlu Ramazanov - fəlsəfə doktoru, boks üzrə SSSR idman ustası (1970 ), boks üzrə beynəlxalq dərəcəli hakim (2002), Azərbaycanın bədən tərbiyəsi və idman xadimi, silahlı qüvvələrin veteranı, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis mayoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fiziki tərbiyə nəzəriyyəsi kafedrasının dosenti.

BrendSport.az saytı xəbər verir ki, Əliağa müəllimin iki ali təhsili var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunun məzunu (1971), SSSR Daxili İşlər Naziriliyi Akademiyasının məzunu (1986).
İnstitutu bitirdikdən sonra hərbi xidmətini Hərbi Dəniz Donanmasında keçmişdir (Sevastopol şəhəri). Boks üzrə Qara dəniz donanmasının iki qat çempionu. Hərbi xidmətini bitirdikdən sonra SSSR Hərbi Dəniz donanmasının Zabiti rütbəsi ilə təltif edilib.

●Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində bədən tərbiyəsi müəllimi çalışmışdır.
●Hərbi və fiziki hazırlıq üzrə təlimatçı , mülki təyyarələrin müşaiyəti üzrə çalışmışdır.
●SSSR Daxili İşlər Naziriliyinin xüsusi rotasının əməkdaşı və Binə hava limanında təyyarə və sərnişinlərin təhlükəsizliyini təmin edən xüsusi rotasının komandiri vəzifəsində çalışmışdır.
●Azərbaycan Respublikasınən Daxili qoşunlarının fiziki tərbiyə üzrə təlimatçısı olmuşdur.
●Azərbaycan Mülki Aviasiyanın Zabrat təyyarə limanının xüsusi işlər üzrə müavini,daha sonra isə polis rəisi vəzifələrində çalışmışdır.

Qüsursuz xidmətinə görə Fəxri fərman və medallarla təltif edilmişdir.

Dəfələrlə hərbi çoxnövçülük üzrə SSSR çempionatının iştirakçısı olmuşdur. Xidməti tapançadan atəş açma üzrə Azərbaycan çempionu,Qara Dəniz donanmasının Sankt Peterburq şəhərində hərbiçilər arasında keçirilən bok üzrə SSSR birinciliyinin iştirakçısı olmuşdur. Boks üzrə Dinamo mərkəzi şurasının , Bakı çempionatının və Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin dəfələrlə çempionu və mükafatçısı olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün nəzərdə tutulan hərbi tətbiqi fiziki hazırlıq üzrə Azərbaycanda ilk monoqrafiyanın müəllifidir.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş