“Atanın varlığı elə özü dəstəkdir”
Nihad Tapdıqov 2003-cü ildə Şamaxı rayonunda anadan olub. 6 saylı orta məktəbin IXa sinfinin şagirdidi. Cüdo idman növü ilə məşğul olur. Bakı, Qobustan, İsmayıllı rayonlarında mükafatçı olub.
- Nihad, marağın ən çox nəyədir?
- İndi əsas calışıram dərslərimi yaxşı oxuyum. Ali məktəbə daxil ola bilsəm ondan sonra dəqiq marağımı biləcəm.
- Nihad, idmanla məşğul olmağın sənə nə verdi?
- Özümə arxayın olmaq. Həm çoxlu dostlar qazandım, həm də Bəhlul müəllimin idman tərbiyəsini mənimsədim.
- Atan idmanla məşğul olmağında necə dəstək olur?
- Məncə, atanın varlığı elə özü dəstəkdir (gülür). Sizə də təşəkkür düşür ki, gənc idmançıları mətbuatda işıqlandırırsız. Ona görə sizə təşəkkür edirik.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş