Əsas Səhifə > Fotoqalareya > “Atanın varlığı elə özü dəstəkdir”
“Atanın varlığı elə özü dəstəkdir”27-10-2017, 10:38 |
Nihad Tapdıqov 2003-cü ildə Şamaxı rayonunda anadan olub. 6 saylı orta məktəbin IXa sinfinin şagirdidi. Cüdo idman növü ilə məşğul olur. Bakı, Qobustan, İsmayıllı rayonlarında mükafatçı olub. - Nihad, marağın ən çox nəyədir? - İndi əsas calışıram dərslərimi yaxşı oxuyum. Ali məktəbə daxil ola bilsəm ondan sonra dəqiq marağımı biləcəm. - Nihad, idmanla məşğul olmağın sənə nə verdi? - Özümə arxayın olmaq. Həm çoxlu dostlar qazandım, həm də Bəhlul müəllimin idman tərbiyəsini mənimsədim. - Atan idmanla məşğul olmağında necə dəstək olur? - Məncə, atanın varlığı elə özü dəstəkdir (gülür). Sizə də təşəkkür düşür ki, gənc idmançıları mətbuatda işıqlandırırsız. Ona görə sizə təşəkkür edirik. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |