Taekvondoçuların Ağcabədi sınağı
Ağcabədi rayonunda Uşaq, Yeniyetmə və Gənclər arasında 18 oktyabr Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş ATF-nin “Aran” Taekvondo Klubunun Açıq Birinciliyi keçirilmişdir.
BrendSport.az saytı xəbər verir ki, yarışda 20-yə yaxın komanda və 300-ə qədər idmançı öz gücünü sınayırdı.
Yarışda ATF-nin Ağdaş rayonunda fəaliyyət göstərən "Gənclər" Taekvondo İdman klubunun 4 üzvü məşqçi-müəllim Eşqin İsmayılovun rəhbərliyi ilə iştirak edirdilər.
Onlardan Emin İsmayılov 27 kiloqram çəki dərəcəsində 1-ci, Əfsanə İsmayılova 33 kiloqram çəki dərəcəsində 2-ci və Tural Bilalov isə 45 kiloqram çəki dərəcəsində 3-cü yerə layiq görülərək diplom və medallar qazanmışlar.
Yarışı təşkil etdiklərinə görə Ağcabədi rayon Gənclər İdman idarəsinin rəhbərliyinə və baş məşqçi Tapdıq Əkbərova dərin təşəkkürümüzü bildiririk.
Alxas Məmmədov
Facebook-da paylaş