Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əbu-Dabidə keçirilən 2017-ci il Formula-1 dünya çempionatının qalibi müəyyənləşib




2017-ci il Formula-1 dünya çempionatının son yarışı olan Əbu-Dabi Qran-Prisinin qalibi müəyyənləşib.

Qran-Prini “Mercedes”in pilotu Valtteri Bottas birinci yerdə başa vurub. Onun komanda yoldaşı, 2017-ci il Formula-1 dünya çempionatının qalibi Luis Hamilton ikinci, “Ferrari”nin sürücüsü Sebastyan Fettel isə üçüncü olub.

S.Fettelin komanda yoldaşı Kimi Rəykkönen Daniel Rikkardo (“Red Bull”) yarışdan kənarda qalandan sonra dördüncü olmağı bacarıb. Maks Ferstappen (“Red Bull”) K.Rəykköneni keçməyə çalışsa da, məqsədinə nail ola bilməyib və beşinciliklə kifayətlənib.

Qeyd edək ki, V.Bottas bu mövsüm üçüncü dəfədir qalibiyyət sevinci yaşayır.

Yarış zamanı iki pilot mübarizəni erkən dayandırıb. “Renault”un sürücüsü Karlos Saynsın pitə gec getməsinin ardından yarışı 9-cu sırada tamamlayacağına ümid olsa da, sol ön təkərin yerinə bərkidilə bilməməsi səbəbindən o, yarışla erkən vidalaşıb.

“Red Bull”un pilotu Daniel Rikkardo isə baş verən hidravlik problemə görə dördüncü sırada olarkən yarışdan kənarda qalıb.

Qeyd edək ki, Luis Hamilton ötən yarışda - Meksika Qran-Prisində dünya çempionluğunu təmin etmişdi.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş