Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qomiş üçün klublar sıraya düzülüb - ŞOK İDDİA



"Qalatasaray"ın futbolçusu Bafetimbi Qomiş 32 klubun maraq dairəsinə düşüb. Bu barədə "Wyscout Turkiye"nin rəsmisi, tanınmış skaut Tarkan Batgün açıqlama verib.

"Milan"ın çinli sahibi David Han Lini "Qalatasaray" - "Antalyaspor" matçına gətirən skaut "Star" qəzetinə açıqlamasında bildirib ki, bu qarşılaşmada Qomişi 32 klubun təmsilçisi izləyib. Fransalı futbolçu bu oyunda 2 qol vurub.

"Biz "Qalatasaray" - "Antalyaspor" matçını izləyərkən düz 32 skaut qrupu stadionda idi. Qomis üçün "Çinə gedəcək" iddiaları var. Amma mən qətiyyən belə düşünmürəm. Avropanın ən böyük klubları "Çelsi", "Yuventus", "Mançester Yunayted", "Arsenal", "Valensiya", "Tottenhem"in nümayəndələri onun üçün gəlmişdi. Mövsümün sonuna qədər 25-30 qol vuracağı, Cenk Tosunun rekordunu qıraraq Avropanın böyük klublarından birinə keçəcəyi dəqiqdi" deyə Tarkan Batgün bildirib.

Qeyd edək ki, "Qalatasaray" Qomisi yayda "Suonsi"dən 2,5 milyon avroya alıb. O, Türkiyədə keçirdiyi 25 rəsmi oyunda 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransa millisinin sabiq üzvü əvvəllər "Sent-Etyenn", "Troya", "Lion", "Suonsi" və "Marsel" klublarında oynayıb


Facebook-da paylaş

Xəbəri paylaş