İlkaydan sevənlərinə şad xəbər
“Mançester Siti” İlkay Gündoğandan şad xəbər alıb. BrendSport.az saytının məlumatına görə, türk əsilli almaniyalı futbolçu İngiltərə Liqa Kubokunun III turunun “Vest Bromviç”lə oyununda zədələnərək meydanı yarımçıq tərk etmişdi.
Tibbi müayinədən keçən oyunçunun diz bağlarında zorlanma olduğu bildirilsə də, bu, ona uzun müddət oynamağa mane olmayacaq. “Şəhərlilər”in rəsmi saytından verilən məlumatda onun qısa müddətdə geri dönəcəyi bildirilsə də, konkret tarix göstərilməyib.
Qeyd edək ki, daha əvvəl xaçvari bağları qırılan futbolçu 9 ay meydanlardan uzaq qalmışdı. Bu, onun “Mançester Siti” forması ilə 3-cü oyunu idi.
Facebook-da paylaş