Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İƏT gərargahında Ekspo 2025 Ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirildi



Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil qərargahında Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib.

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən BrendSport.az saytına verilən məlumata görə tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.

Mərasimi giriş nitqi ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İƏT arasında inkişaf etməkdə olan sıx münasibətlər barədə danışıb. Səfir Rasim Rzayev çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında bəhs edib.

Əsas təqdimatla çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin Ekspo 2025 Ümumdünya ev sərgisinə namizədliyi, bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi 2017-ci ilin May ayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Beynəlxalq Sərgilər Bürosuna (BSB) müvafiq məktubun göndərilməsi ilə başlayıb.

Elçin Əmirbəyov Ekspo 2025 Ümumdünya sərgisi ilə bağlı qısa müddət bundan öncə Azərbaycan Respublikasının maliyyə naziri cənab Samir Şərifovun sədrliyil ilə İşçi Qrupu, Bakida və Parisdə Əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O çıxışı zamanı Azərbaycanın Ekspo 2025 üçün təklif etdiyi İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. Onun sözlərinə görə, Ekspo 2025 Bakı sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin müzakirəsi üçün universal platforma rolunu oynayacaqdır. Xüsusi vurğulanmışdır ki, Ekspo 2025 sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi çoğrafiya genişlənə bilər.

Azərbaycanın Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir. Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının, təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. Ekspo 2025 Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT üzv-ölkələrinin nümayəndələrinə müraciət edərək, Azərbaycanın Ekspo 2025 layihəsinə dəstək göstərilməsinə yardımçı olmağa çağırmışdır.
Səfər çərçivəsində E.Əmirbəyov İƏT-nın baş katibinin müavini Həmid Opeleyori ilə də görüşüb Baki Ekspo 2025 layihəsi ətrafında fikir mübadiləsi aparmışdır..








Facebook-da paylaş

Xəbəri paylaş