Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası keçirilib



2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar prezident İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

BrendSport.az saytı xəbər ki, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkə başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, gələn il keçiriləcək dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib və Azərbaycana gələcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün hazırlanmış tədbirlər planının yüksək səviyyədə və tam həcmdə həyata keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması ölkə başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.

Daha sonra Vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Trekində aparılmış yenidənqurma işlərindən sonra bu ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Təşkialt Komitəsinin sədri, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirib, dünya çempionatının təşkilinə cəlb olunmuş dövlət strukturlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini verib.








Facebook-da paylaş

Xəbəri paylaş