Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



II Avropa oyunlarının keçirilməsinə dair müqavilə imzalandı

II Avropa oyunlarının keçirilməsinə dair müqavilə imzalandı

Minsk və Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi II Avropa oyunlarının 2019-cu ildə keçirilməsinə dair müqavilə imzalayıb.
"BELTA"nın xəbərinə görə, sənədi Minsk şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets, AOK-un prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiançiç, həmçinin Belarus və Avropanın digər idman rəsmiləri imzalayıb.

Yarış proqramına 15 idman növü daxil edilib. Buraya badminton, 3×3 basketbol, boks, güləş, velosiped idman növü, gimnastika, cüdo, karate, yüngül atletika, stolüstü tennis, çimərlik futbolu və s. daxildir.

Atletlər Minskdə 23 idman növü üzrə 189 mükafat dəsti uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, ilk Avropa oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilib. ("Report")


Facebook-da paylaş

Xəbəri paylaş