Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şikar Bədəlov - “Şamaxı Pələngi”



1986-cı ildə Şamaxı rayonun 1-ci Çaylı kəndındə anadan olub. Uşaqlıq arzusu dünya səviyyəli idmançı olmaq olub.

BrendSport.az xəbər verir ki, 2013-cu ildə Şamaxı rayonunda Alxas Məmmədovun rəhbərliyi altında idmanın taekvondo növü ilə məşğul olur. Bir müddət sonra həqiqi hərbi çağırılır və əsgəri xidməti başa vurur.

Rayonda işə düzəlir və işlədiyi müddətdə cüdo ilə məşğul olmağa başlayır. Eyni zamanda idman sahəsində daha da çox uğur qazanmaq məqsədilə kikboksla da məşğul olur.

Respublika səviyyəli yarışlarda yaxşı nəticə əldə edən Şikar 2015-ci ildə ilk dünya kuboku üzrə yarışa çıxır və dünya ikincisi olur. Çox keçmir ki, professional döyüşlərə başlayır və keçirdiyi 6 döyüşün 5-də qələbə qazanır.

Sonuncu döyüşü bu ilin iyun ayında Almaniyada olub. Burada o, FGHT Vizyon Evropa adlı professional döyüşdə 71 kq çəki dərəcəsində rinqə çıxıb. Həmyerlimiz almaniyalı rəqibini ikinci raundda texniki nakautla mğlub edərək qalib olub.

Şikarın qarşısına qoyduğu məqsədi öz çəki dərəcəsində dünyanın 1 nömrəsi olmaqdır.

Əliqasım Məmmədov








Facebook-da paylaş

Xəbəri paylaş