“Atam uduzanda tez hirslənir, mən də məcburən iki oyundan sonra ona uduzuram”
2006-cı ildə dünyaya göz açan Şıxıyev Əli Məhərrəm oğlu hazırda 5-ci sinifdə oxuyur. Oxuduğu məktəbdə nümunəvi davranışalrıynan seçilən şagirdlərdəndir.
BrendSport.az saytı xəbər verir ki, Əli şahmatla məşğul olur. Bu günə kimi bir neşə şahmat yarışının qalibidir.
- Əli, neçə ildir şahmatla məşğulsan?
- İki ildir. İlk dəfə məni şahmat məktəbinə Rəfiqə nənəm apardı. Şahmat oyanamaq xoşuma gəldi. Elə o vaxtdan məşğul oluram.
- Şahmatda ən çox hansı fiqurlar səncə vacibdir?
- Piyadalar...
- Niyə piyadalar?
- Bəli, piyadalar yerindən tərpənməsələr başqa fiqurlar oynaya bilməzlər. Bir atdan başqa. O da elə də güclü fiqur sayılmır.
- Şahmat oynayanda nə düşünürsən?
- Çox vaxt kənardan olan səslər imkan vermir ki, nəsə düşünəsən. Ancaq bütün diqqətim oyunda olur.
- Ən maraqlı oyunun kimnən olub?
- Atamla oynayanda. Atam uduzanda tez hirslənir, mən də məcburən iki oyundan sonra ona uduzuram (gülür). Bir dəfə də atamın telefonunda internetdə canlı oynadım, üç oyundan sonra onu da uddum.
- Gələcək arzuların nədi?
- Əsas diqqətim oxumaqdadı. Şahmat isə mənim hobbimdir.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş