Əsas Səhifə > Redaktor seçimi > “Atam uduzanda tez hirslənir, mən də məcburən iki oyundan sonra ona uduzuram”
“Atam uduzanda tez hirslənir, mən də məcburən iki oyundan sonra ona uduzuram”8-10-2017, 18:57 |
2006-cı ildə dünyaya göz açan Şıxıyev Əli Məhərrəm oğlu hazırda 5-ci sinifdə oxuyur. Oxuduğu məktəbdə nümunəvi davranışalrıynan seçilən şagirdlərdəndir. BrendSport.az saytı xəbər verir ki, Əli şahmatla məşğul olur. Bu günə kimi bir neşə şahmat yarışının qalibidir. - Əli, neçə ildir şahmatla məşğulsan? - İki ildir. İlk dəfə məni şahmat məktəbinə Rəfiqə nənəm apardı. Şahmat oyanamaq xoşuma gəldi. Elə o vaxtdan məşğul oluram. - Şahmatda ən çox hansı fiqurlar səncə vacibdir? - Piyadalar... - Niyə piyadalar? - Bəli, piyadalar yerindən tərpənməsələr başqa fiqurlar oynaya bilməzlər. Bir atdan başqa. O da elə də güclü fiqur sayılmır. - Şahmat oynayanda nə düşünürsən? - Çox vaxt kənardan olan səslər imkan vermir ki, nəsə düşünəsən. Ancaq bütün diqqətim oyunda olur. - Ən maraqlı oyunun kimnən olub? - Atamla oynayanda. Atam uduzanda tez hirslənir, mən də məcburən iki oyundan sonra ona uduzuram (gülür). Bir dəfə də atamın telefonunda internetdə canlı oynadım, üç oyundan sonra onu da uddum. - Gələcək arzuların nədi? - Əsas diqqətim oxumaqdadı. Şahmat isə mənim hobbimdir. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |