Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Avropa Gimnastika Konqresi ərəfəsində gənclər və idman naziri Fərid Qayıbov Çexiyanın Milli İdman Agentliyinin sədri Ondrej Şebek ilə ikitərəfli görüş keçirib.
BrendSport.az xəbər verir ki, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin antidopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Görüş zamanı həm də Bakı-2026 “Dünyanın İdman Paytaxtı” çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı barədə də fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş





















