“İtirilmiş torpaqlarımızı geri almaq bizim üçün bir borcdur”
Turxan Hüseynov 1997-ci il iyun ayının 26-da Qazax rayonunda anadan olub. İlk təhsilini Qazaxbəyli kəndində milli qəhraman Ali Mustafayevin adını daşıyan orta məktəbdə alıb.
BrendSport.az saytı xəbər verir ki, 2009-cu ildə təhsilini Bakı səhərində milli qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 nömrəli orta məktəbdə davam etdirib.
Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsidir.
Turxan eyni zamanda idmanın cüdo növü ilə məşğul olur. Bu günə qədər bir çox yarışlarda iştirak edib şəhər və zona turnirlərində uğurlu nəticələr əldə edib. Dediyinə görə, milli musiqimizi, milli musiqi alətlərimizi sevir, xüsusən də sazı.
Atası Hüseyn Hüseynov Qarabağ döyüşçüsü və II qrup əlildir. Turxanla qısa həmsöhbət olduq.
- Sənin üçün idman nədir?
- Yaxın bir dost. Səni pis əməllərdən, pis vərdişlərdən qoruyan. Qorxmamağı öyrədən, iradəli olmağı tövsiyə edən. Mehriban, qayğıkeş olmağı öyrədən bir dost.
- Atan birinci Qarabağ savaşının iştirakçısıdı. Qarabağ deyəndə nə düşünürsən?
- Bəli, Azərbaycanın bir çox oğulları kimi, atam da o döyüşlərdə iştirak edib və əlildi. Qarabağ bizim torpaqdı. İtirilmiş torpaqlarımızı geri almaq bizim üçün bir borcdur. Əgər müharibə yolu ilə qaytarmalı olsaq, mən də o müharibədə iştirak etmək istəyərdim.
Arzu edərdim ki, çox yaxın vaxlarda o torpaqlarımızın işğaldan azad edilməsi xəbərini yayımlasanız.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş