Tələbələri ilə fəxr edir
Tapdıq Əkbərov 30 oktyabr 1967-ci ildə Ağcabədi rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1985-87-ci illərdə həqiqi hərbi xidmətdə olub. Bakı Rabitə Texnnikumunu bitirib. Bir müddət Rusiyanın Sankt Peterburq şəhərində yaşayıb və orada taekvondo ilə məşğul olub.
BrendSport.az xəbər verir ki, 1997-ci ildə Azərbaycana qayıdan Tapdıq rayonda yenə də taekvondo ilə məşğul olub. 4-cü dan qara kəmər sahibi və Respublika dərəcəli hakimdir.
Hazırda Ağcabədi şəhər mərkəzi stadionunun idman zalında məşqlər keçir. Qızı Minayə 3 qat Respulika cempionudur. 24-27 avqust 2014-cü ildə keçirilən yeniyetmələrin dünya birinciliyində 2-ci yeri tutub. 2 dəfə klublararası Avropa cempionatında 3-cü yeri, bir neçə beynalxalq turnirlərin qalibi və mükafatçısı olmuşdur.
Tələbələri Xəyal Məmmədov Avropa çempionu, Şamil Şirinzadə klublararası Avropa çempionatında 3-cü yeri, Nurlan Fətəliyev 2 dəfə Respublika çempionu, beynalxalq turnirlərin qalibi və mükafatçısı, Anar Hüseynli beynalxalq turnirlərin mükafatçısı, Həsən Həsənov beynalxalq turnirlərin mükafatcısı olmuşlar.
Azərbaycan Taekvondo Federasiyasının prezdenti tərəfindən 2 dəfə Fəxri fərmanla mükafatlandırılıb.
Əliqasım Məmmədov
Facebook-da paylaş