Yığma komandamızın tərkibində yer almaq istəyir
Fərzullayeva Dilək Elnur qızı 2007-ci ildə Masallı rayonunda anadan olub. İdmana olan həvəsi hələ kiçik yaşlarından özünü biruzə vemişdir.
BrendSport.az saytı xəbər verir ki, Sumqayıt şəhərindəki 16 saylı tam orta məktəbin V a sinfində oxuyan Dilək dərslərində də olduqca fəal şagirdlərdəndir.
Dilək 6 aydır ki, Sumqayıt Taekvondo Mərkəzində İsa İsayevin rəhbərliyi altında taekvondo ilə məşğul olur.
Diləyin bu idman növü ilə məşğul olmasında dayısı, "Qaynana", "Həyat sən nə qəribəsən", "Cehizsiz gəlinlər" kimi bir çox serialların
baş rolunun ifaçısı, gənc olmasına baxmayaraq artıq özünü sənətdə təsdiq etmiş aktyorlarımızdan və bir çox tədbirlərdə aparıcı kimi də fəaliyyət göstərən Elvin Aqayevin də böyük rolu olmuşdur.
Diləyin hobbilərindən biri də rəsm çəkməkdir. İdmana böyük marağı olmasına baxmayaraq, onun ən böyük arzusu böyüyüb Azərbaycnın tanınmış və savadlı həkimlərindən biri olmaqdır.
İdmançı kimi də dostları Fəridə və Zivər kimi yığma komandamızın tərkibində yer almaq istəyir. Dilək uğurunun nəticəsi olaraq özünü Respublika, Avropa və Olimpiya oyunlarında çempion olmaqda görür.
Alxas Məmmədov
Facebook-da paylaş