Millimiz Gürcüstanla qarşılaşacaq
Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi.
Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.
Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.
Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.
Facebook-da paylaş