Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi İdman Klubu”nun boksçuları Bakı birinciliyində fərqləniblər





Gənclər arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 130 dəri əlcək ustası qalib adı uğrunda döyüşüb.

“Neftçi İdman Klubu”nun boksçularından altısı paytaxt birinciliyinin mükafatlarına layiq görülüb.

Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Vüqar Səmədov rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mirmehdi Mehdizadə (49 kq), Şirxan Məlikov (52 kq), Murad Əlizadə (60 kq) gümüş, Amil İlyasov (56 kq) və Əmri Novruzov (91 kq) isə bürünc medala sahib olublar.

Klubun gənc boksçuları komanda hesabında ikinci yeri tutublar.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş